“Çinli hakerlərin marağında başqa dövlətlər də var” Dünya

“Çinli hakerlərin marağında başqa dövlətlər də var”


“Çinli hakerlərin marağında başqa dövlətlər də var”. Xalqcəbhəsi.az-ın məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politooq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Qırğızıstan, Monqolustan, Pakistan, Malayziya, Nepal, Türkiyə, Hindistan, Misir, Fransa, Kamboca, Ruanda, Nigeriya, Honq Konq, İndoneziya, Vyetnam, Myanma, Filippin və Əfqanıstanla bağlı da məxfi məlumatlar aşkarlanıb: “Sızdırılan fayllarda həmçinin Çindəki etnik azlıqların və onlayn qumar şirkətlərinin fəaliyyətinin izlənildiyi də aşkarlanıb.
Bundan başqa sızdırılan məlumatlarda konkret şəxslər barədə məlumatların toplandığı aşkarlanıb. Çinli hakerlər müəyyən şəxslər tərəfindən edilən zəngləri, danışıqları və səyahət yerlərini izləyiblər. Sızma Çin kəşfiyyatının proqram təminatına, Windows, Mac, iOS və Android üçün troyan proqramlarına, sosial şəbəkə istifadəçilərinin anonimləşdirilməsi sistemlərinə, Wi-Fi sındırma avadanlığından istifadə üsullarına da işıq salır. Təhlillər göstərir ki, oğurlanmış məlumatların həcmi kifayət qədər böyükdür və bəzi hallarda terabaytlarla ölçülür”.