"Almaniyanın terrorun baş verəcəyindən xəbəri olmayıb" Dünya

"Almaniyanın terrorun baş verəcəyindən xəbəri olmayıb"

Almaniya kansleri Olaf Şolts Almaniyanın xüsusi xidmət orqanlarının Moskva vilayətində gözlənilən terror aktı ilə bağlı məlumata malik olmadığını bildirib.

"Xeyr, amma Amerika kəşfiyyat xidmətləri yəqin ki, bu məlumata sahib idi" deyib Şolts.

Şolts "Maerkische Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə, Alman kəşfiyyatının amerikalıların Rusiyaya xəbərdarlıq etdiyi terrorçuların planlarından xəbəri olub-olmaması sualına cavab verdi.

"Və bu cür məlumat alanda digər ölkələrə xəbərdarlıq etmək ABŞ hökumətinin siyasətinin bir hissəsidir. Onlar hətta açıq şəkildə xəbərdarlıq ediblər. Bu dəhşətli terror aktının baş verməsi daha təəssüf doğurur", - kansler əlavə edib.

Cavid