Gürcüstan demoqrafik fəlakət astanasındadır Dünya

Gürcüstan demoqrafik fəlakət astanasındadır

Rəsmi statistikalar göstərir ki, Gürcüstan təbii artım azalmağa doğru gedir və ölkə əhalisi azalır.

Gürcüstan mətbuatı xəbər verir ki, 28 mart tarixində Milli Statistika Xidmətinin yayımladığı məlumatlardan aydın olur ki, təkcə ötən il doğum və ölüm arasında fərq 2000-dən çox olub.

Demoqrafik fəlakət astanasında olan Gürcüstanda bunun əsas səbəblərindən biri ölkədəki ağır sosial və iqtisadi vəziyyətdir. İşsizlik, çətinlik, mühacirat və yoxsulluq aşağı doğum səviyyəsinin birbaşa göstəriciləridir.

Tibb elmləri doktoru Tengiz Verulava hökuməti ailələrə kömək etmək üçün kompleks proqram başlatmağa çağırıb.

"Dövlətin ailəyə dəstək siyasətini həyata keçirməsi, Avropa ölkələrinin təcrübəsinə əsaslanan siyasət işləyib hazırlamaq lazımdır. Birincisi, bu, ailənin maddi təminatıdır ki, bura təkcə çoxuşaqlı ailələrə deyil, həm də ikinci uşaq doğulduqdan sonra ailəyə maddi yardım, habelə müəyyən güzəştlər daxildir. Avropa ölkələrində gəlir vergisi üzrə vergi güzəştləri çox yaygındır və işi birləşdirənlərə müəyyən dəstək var", - Tengiz Verulava deyib.

Milli Statistika Xidmətinin dərc etdiyi məlu ata əsasən, Gürcüstanda ölüm halları doğum nisbətini ötüb. 2023-cü ildə Gürcüstanda 40 min 214 uşaq doğulub. Bu da bir il əvvəlkindən 5% azdır.

Cavid