İstanbulda gecə klubunda yanğında 15 nəfər ölüb (YENİLƏNİB) Dünya

İstanbulda gecə klubunda yanğında 15 nəfər ölüb (YENİLƏNİB)

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə nəticəsində yaralananların sayı isə 8 nəfərdir, bunlardan 7-nin vəziyyəti ağırdır.

xxx

16:33

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə nəticəsində yaralananların sayı isə 13 nəfərə çatıb.

xxx

16:04

İstanbulun Şişli rayonunda 16 mərtəbəli binanın zirzəmisində yerləşən kafedə yanğın olub.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Yanğın nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananların vəziyyəti ağırdır.

Yanğının təmir zamanı səhnənin yanındakı partlayışdan sonra baş verdiyi qeyd olunub.

Hadisə yerinə yanğınsöndürmə, polis əməkdaşları və tibbi personal cəlb olunub. Yanğınsöndürmə və xilasetmə əməliyyatları davam edir.