“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
12 Aprel 2024 10:35
4 767
ABŞ Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturuna zərbələrə münasibət bildirib.
APA-nın məlumatına görə, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib ki, bu kimi hücumların qarşısını almaq üçün rəsmi Kiyevə daha çox silah-sursat, eləcə də hava hücumundan müdafiə vasitələri verilməlidir:
“Rusiya Kiyev də daxil olmaqla, ümumilikdə 5 vilayətdə elektrik stansiyalarını hədəfə alıb. Aydındır ki, bu kimi addımlarla rəsmi Moskva Ukrayna xalqının döyüş əzmini sındırmaq istəyir. Nümayəndələr Palatasını Milli Təhlükəsizlik haqqında Qanunu qəbul etməyə çağırırıq. Çünki bu, bizə Ukraynanı daha çox silah-sursatla təmin etməyə imkan verəcək. Layihə müzakirəyə çıxarılacağı təqdirdə onu həm respublikaçılar, həm də demokratlar təsdiqləyəcək. Elektrik enerjisi obyektlərinə son aviazərbələr onu göstərdi ki, Ukraynanın silah-sursata, eləcə də hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyacı var”.