"Nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınıq" Dünya

"Nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınıq"

Zaporojye Atom Elektrik Stansiyasında bütün enerji bloklarının soyuq dayandırma rejiminə keçirilməsinə baxmayaraq, nüvə qəzasının baş vermə ehtimalı,
real olaraq qalır.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.

"Stansiyada altı reaktorun soyuq dayanma rejimində olmasına və iki gün əvvəl MAQATE-nin tövsiyəsi ilə sonuncu enerji blokunun bu rejimə keçirilməsinə baxmayaraq, böyük nüvə qəzasının potensial təhlükəsi çox real olaraq qalır”, - Qrossi bildirib.
"Nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınıq. Biz özümüzdən razı olmamalı və sabah nə olacağına zərlərin qərar verməsinə icazə verməliyik. Bu gün qəza riskini minimuma endirmək üçün əlimizdən gələni etməliyik", - o deyib.

Cavid