Etirazçılar yenidən parlament yaxınlığında toplaşacaqlar Dünya

Etirazçılar yenidən parlament yaxınlığında toplaşacaqlar

Bu gün Gürcüstan Parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.

Gürcüstan mətbuatı xəbər verir ki, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq, ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər. Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək, lakin onlayn medianın akkreditə olunmuş jurnalistləri yenidən qanunverici orqana buraxılmayacaqlar.

Plenar iclasda deputatlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə aprelin 16-da saat 12-də Parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər.

Cavid