İsrail XİN-dən SEPAH-la bağlı çağırış Dünya

İsrail XİN-dən SEPAH-la bağlı çağırış

İsrailin xarici işlər naziri İsrael Katz 32 ölkəyə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı müraciət ünvanlayıb.

Trend xəbər verir ki, nazir bu barədə "X" platformasında paylaşım edib.

Paylaşımda nazir 32 ölkəyə İranın raket proqramına sanksiyalar tətbiq etməyə və SEPAH-ı terrorçu təşkilat kimi tanımaqla bağlı çağırış ünvanladığını bildirib.

"İranı çox gec olmadan, indi dayandırmaq lazımdır", - deyə Katz əlavə edib.
Qeyd edək ki, İsrael Katz bundan əvvəl Avropa İttifaqını (Aİ) da SEPAH-ı terrorçu təşkilat kimi tanımağa çağırıb. Nazir Hörmüz boğazında israilli iş adamının gəmisinin ələ keçirilməsi ilə əlaqədar olaraq İranı pirat əməliyyatlar keçirməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edib.