Ukraynanın 170-dən çox hədəfi məhv edilib Dünya

Ukraynanın 170-dən çox hədəfi məhv edilib

Rusiya Silahlı Qüvvələrinin Qərb Qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrinin 170-dən çox hədəfini vurub, həmçinin düşmənin 2 təyyarə tipli dronunu məhv edib.

Bu barədə TASS-a qrupun mətbuat mərkəzinin rəhbəri İvan Biqma məlumat verib.

"Döyüş zamanı artilleriya bölmələri “Qvozdika” özüyeriyən artilleriya qurğusunu və doqquz minaatan heyətini məhv edib. Qrupun hava hücumundan müdafiə sistemləri iki Fury tipli pilotsuz uçuş aparatını məhv edib”.

Biqmanın sözlərinə görə, qrup həmçinin düşmənin iki pilotsuz uçuş aparatının idarəetmə məntəqəsini məhv edib.

Cavid