Kreml Ermənistanda uduzacaq? Dünya

Kreml Ermənistanda uduzacaq?

“Ermənistan hakimiyyətinin “anti-Rusiya” siyasətini dayandırmaq üçün Rusiyanın yeganə variantı Nikol Paşinyanı devirməkdir. Bu, Rusiyanın Ermənistanı öz nəzarəti altına almaq üçün həlledici hücum ola bilər. Rusiyanın “Birinci kanalı” mitinqçilərin sayını 4 dəfə artıraraq yalan məlumat yaymasının səbəbi də budur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib. O, diqqətə çatdırıb ki, Ermənistanda ona tabe olan siyasi qüvvələr vasitəsilə davam edən müxalifət hərəkatının arxasında Kreml dayanır: “Bütün bunların məqsədi Ermənistanın Qərbə dönüşünü dayandırmaq kimi yozulur. Bununla belə, sual açıq qalır: Kreml Ermənistanda uduzacaq?
Müxalifətin nümayişlərdə qalib gəlmək üçün o qədər də potensialı yoxdur. Nikol Paşinyanın Ermənistanın şimal rayonlarına getdiyini yaxşı bilən, Lori və Tavuş, daşqınlarına baş çəkən baş nazirin ofisində olmaması səbəbindən dünən Baqrat Qalstanyan etirazçıları baş nazirin iqamətgahına yönəldib, onunla görüş tələb edib.
Bu absurddur? Müxalifət baş nazirin fəlakət zonasında işini dayandırıb etirazçılarla görüşə getməsini gözləyir?”.