“Fermerin işi istehsaldır, satış yox”
25 Dekabr 21:04
25 Dekabr 21:04
25 Dekabr 20:59
25 Dekabr 20:57
25 Dekabr 20:54
14 İyul 2024 11:25
2 401
NATO-nun 17 ölkəsindən ibarət qrup Alyansın Kosmosdan Davamlı Nəzarət (APSS) proqramına 1 milyard dollar ayırmağı vəd edib.
APA xəbər verir ki, NATO-nun veb-saytının verdiyi məlumata görə, o müttəfiqlərin “quruda və dənizdə görünməmiş dəqiqlik və səmərəliliklə fəaliyyətlərə nəzarət etmək” imkanlarını gücləndirməlidir.
Press-relizdə deyilir ki, müvafiq sənəd Vaşinqtonda keçirilən NATO sammitində imzalanıb. Qeyd edildiyi kimi, APSS alyansın tarixində ən böyük “kosmik imkanlara çoxmillətli investisiya”nı təmsil edir.
Memorandumun imzalanması ilə proqram növbəti 5 il ərzində 17 NATO ölkəsi “kommersiya və milli kosmik aktivlərdən istifadə etmək və onların istismarı üçün qabaqcıl imkanları genişləndirmək məqsədi ilə 1 milyard dollardan çox vəsait ayıracaq”.
25 Dekabr 21:52
1 008
25 Dekabr 20:53
1 057
25 Dekabr 19:16
1 022