Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
16 İyul 2024 19:11
3 045
Rusiyanın Belqorod vilayətində Ukrayna ilə həmsərhəd 14 yaşayış məntəqəsinə giriş məhdudlaşdırılıb.
APA xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib.
O qeyd edib ki, yalnız kişilər zirehli maşınlarda və gülləkeçirməz jiletlərdə müşayiətçi ilə birlikdə buraxılacaq.
Qubernator Qladkovun sözlərinə görə, məhdudiyyət “çətin əməliyyat vəziyyəti” ilə əlaqədardır. Bu qəsəbələrə ictimai nəqliyyatın girişi qadağan olunacaq. Tərk edilmiş evlər razılaşdırılmış prosedur və qrafikə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən mühafizə olunacaq.
Sakinlər evlərinə getmək istəsələr, qəsəbə və ya bələdiyyə başçılarına ərizə ilə müraciət etməli olacaqlar. Qadınlar və uşaqlar bu qəsəbələrə buraxılmayacaq.
Biz yetkin kişiləri yalnız ciddi qaydalara uyğun olaraq buraxacağıq: elektron müharibə aparan zirehli maşında, şəxsi qoruyucu vasitələrdə - gülləkeçirməz jilet və dəbilqə taxaraq, hərbi qulluqçuların və bələdiyyə nümayəndələrinin, o cümlədən özünümüdafiə vasitələrinin müşayiəti ilə.
Məhdudiyyətlər iyulun 23-dən qüvvəyə minəcək.
27 Noyabr 20:53
854
27 Noyabr 20:12
924
27 Noyabr 20:12
847