Trampın öldürülməsi cəhdi: qlobal savaşın təzahürü Dünya

Trampın öldürülməsi cəhdi: qlobal savaşın təzahürü

ABŞ-də prezidentliyə namizəd Donald Trampa qarşı həyata keçirilən sui-qəsdlə bağlı müxtəlif versiyalar səsləndirilir və hər kəs məsələyə təbii ki, öz prizmasından yanaşır. Səsləndirilən versiyalar nədən ibarətdir?

1.Trampın komandasınını qurduğu oyundur

2.Atəş açanın öz təşəbbüsüdür

3.Bu sadəcə xəbərdarlıq üçün idi

4.İran təşkil edib

4. Qlobalçıların təşkil etdiyi sui-qəsd cəhdidir

1.Əvvəlcə qeyd edək ki, Trampın reytinqi kifayət qədər yüksəkdir və ABŞ seçki texnoloqları onun qalib gələcəyini proqnozlaşdırırlar...Belə olan halda Trampın komandası bu oyunu niyə qursun və bu riskə niyə getsin? Trampın başının hədəf alınması və nəticədə güllənin qulağını sıyırması onu deməyə əsas verir ki, bu versiya ağlabatan deyil. Onu da qeyd edim ki, hazırki prezident və Trampın rəqibi Bayden də “Məndə bəzi düçüncələr var, amma əlimdə fakt olmadığı üçün açıqlamıram” deməklə əslində buna işarə etmişdi. Yəni qarşı tərəf, xüsusilə demokratlara bağlı mətbuat orqanlarında bu versiya gündəmdə saxlanılacaq.

2.İnsanın psixoloji durumu yerində olmaya bilər, yaxud öz təşəbbüsü ilə bu addımı atmağa çalışması nəzəri cəhətdən mümkündür. Amma söhbət sıradan bir şəxsdən deyil, eks prezident və hazırda prezidentliyə namizəd olan dünya çapında bir şəxsiyyətdən gedir. Onun eks prezident və prezidentliyə namizəd kimi təhlükəsizliyinin təmin olunması dövlətin birbaşa vəzifəsidir. Digər tərəfdən Trampın özü təhlükəsizlik məsələsinə ciddi önəm verir, çünki onun yürütdüyü siyasət ABŞ-nin daxilindəki və dünyaya təsir imkanları güclü olan qüvvələri (FED) narahat edir. Bu baxımdan Trampın təhlükəsizlik məsələsinə həddindən artıq önəm verməsi təbiidir. Özü də söhbət dəfələrlə sui-qəsdə məruz qalmış bir şəxsdən gedir. Ona görə də hündür binalaını olmadığı bir ərazidə silahlı şəxsin o məsafəyə qədər yaxınlaşa bilməsi və bunun təhlükəsizlik xidməti tərəfindən “diqqətdən qaçması” ehtimalı yoxdur. Yəni, bu bir insanın təkbaşına ata biləcəyi addım deyil. Bu tipli sui-qəsdlərin qruplar tərəfindən hazırlanması və sirrin açılmaması üçün sonda icraçının öldürülüməsi praktikası həmişə ön plana çıxıb.

3.Trampın-onun arxasında olan gücün yürütdüyü siyasətə qarşı çıxması ilə bağlı Trampa xəbərdarlıq edilə bilər və dəfələrlə edilib də. Amma bu Tramp hakimiyyəti dönəmində FED-in ABŞ-nin xarici borcunun artmasına xidmət edən addımları, Trampın şantaja məruz qalması, namizədlik dönəmində isə məhkəmələrə sürüklənməsi kimi hallarlla müşahidə olunub. Doğrudur, bu veresiya üzərində dayananlar fikirlərini onunla əsaslandırmağa çalışırlar ki, əgər Trampı öldürmək istəsəydilər o zaman peşəkar killerlə bu işi həll etmək olardı. Məntiqli yanaşmadır, amma indi dünya Kennedi dönəminin dünyası deyil. Artıq əvvəlki dönəmlərdə konspirasiya nəzəriyyəsi kimi dünya ictimaiyyətinə yedirilən informasiyaların gerçək olması ilə bağlı təsdiq olunmuş və dünya liderləri tərəfindən dilə gətirilmiş faktlar çoxdur. Ona görə də, belə bir addım atılsa idi, bu ABŞ-nin daxilində yuva salmış və dünyaya hökm etmək istəyən, bunda Trampı özünə əngəl görən gücün özünün sonunu sürətləndirə bilərdi. ABŞ-də baş verəcək xaos ilk öncə bu gücün dayaqların yerlə bir edə bilərdi. Bu səbəbdən də qeyri-peşəkar və şübhə doğrumayan adi bir şəxslə bunu etmək diqqəti yayındırmaq və sübutların aradan qaldırılması üçün ən uyğun variant kimi nəzərdən keçirilə bilər.

Ümumiyyətlə silahlı hücumla da xəbərdarlıq edilməsi nəzəri cəhətdən mümkündür. Amma bu addımı atacaq olan güclər uzun illərdir mübarizə apardıqları Trampın xarakterini çox yaxşı bilirlər. Və əmindirlər ki, Tramp sona qədər əmin olduğu yolla gedəcək və onu heç bir təhdid yolundan döndərə bilməz. Xəbərdarlıq atəşinin isə Trampın reytinqinin daha da artmasına səbəb olacaq və onun qalib gəlmə şansı yüksələcək. Belə olan halda bu veresiyada da həqiqət payı azdır.

4.Son zamanlar isə İran versiyasının ortaya atılması təsadüfi deyil. İlk növbədə İranın bu gücünün olub-olmaması mübahisəlidir. Digər tərəfdən Trampın mühafizəsində böyük ehtimalla bilərəkdən yol verilən boşluqlar İranm versiyasını istisna edir. Bu sui-qəsd cəhdidir və bunu təşkil edənlər Trampın yaxınlarına qədər girmmə gücünə sahibdirlər.

5.Bu məntiqlə məsələyə baxsaq təşkil olunmuş sui-qəsd ehtimalının daha çox önə çıxdığını görə bilərik.

Trampın yürütdüyü siyasət hansı gücləri narahat edir? Onu kimlər aradan götürmək istəyir?

Bu suallara cavab tapmaq üçün Trampın 2019-cu ilin sentyabrında BMT-nin kürsüsündə söylədiklərionə, və prezidnetılik dönəmində səsləndirdiyi tezislərə baxmaq yetərlidir:

Tramp 2019-cu ildə BMT-də deyirdi: “Azad dünya milli təməllər üzərində qurulur. Kimsə onu silməyə və dəyişdirməyə cəhd etməməmlidir. Ətrafa və bu möhtəşəm planetə baxdıqda həqiqət aydın görünür. Azadlıq istəyirsinizsə ölkənizlə fəxr edin, demokratiya istəyirsinizsə suverenliyinizi qoruyun, sülh istəyirsinizsə millətinizi sevin. Müdrik rəhbərlər hər zaman öz xalqlarını və ölkələrinin mənafeyini birinci yerdə tuturlar. Gələcək qlobalçılara aid deyil, gələcək vətənpərvərlərə aiddir. Gələcək vətəndaşlarını qoruyan, qonşularına hörmət edən, hər bir ölkəni xüsusilə bənzərsiz edən fərqlilikləri qoruyan suveren və müstəqil millətlərə məxsusdur”

O da bəllidir ki, Trampın prezidentliyə gedən yolunu şantaj və məhkəmələrlə kəsməyə də çalışdılar. Ötən il qatıldığı məhkəmə proseslərindən öncə Trampın Amerika “dərin dövləti” ilə bağlı verdiyi açıqlamalar baş verən son hadisəyə işıq sala bilər: “2024-cü ildə yenidən prezident seçilsəm dərin dövləti tamamlə yox edəcəyəm.

Törətdiyim yeganə cinayət, xalqımızı yox etməyə çalışanlara qarşı qorxmadan mübarizə aparmaq idi. Məhkəmə seçkiyə müdaxilə edir. Ya dərin dövlət bitəcək, ya da ABŞ”.

Əslində Tramp 2019-cu ildə BMT-dəki çıxışı ilə gizli aparılan savaşı açıq müstəviyə daşımışdı. Daha sonra baş verənlər bütün dünyaya bəllidir. Pandemiya, məhkəmə qərarı olmadan qlobal şirkətlər tərəfindən prezident Trampın sosial şəbəkə hesablarının bloklanması, konqress basqını, Trampın hakimiyyətdən getməsi, daha sonra məhkəmə süründürməçiliyi və son hadisə. Bütün bu hadisələrin xronoloji ardıcılllığına baxsaq görərik ki, baş verən hadisələr təsadüfi deyil, müəyyən planın tərkib hissəsidir.

Məsələ respublikaçılar və demokratlar deyil. Məsələ qlobal maliyyə sisteminin sahibləri, yaxud qlobalçılarla milli dövlət anlayışının tərəfdarları arasında gedən və təkcə Birləşmiş Ştatlarda deyil, dünyanın hər yerində təzahür edən savaşla bağlıdır. Bu gün Amerikada baş verən olaylarla Ukrayna savaşı, Yaxın Şərq olayları, Tayvan gərginliyi və.s kimi gərginliklər eyni səbəblərdən qaynaqlanır. Dünya hakimiyyəti uğrunda savaş gedir və bura dövlətlərarası müharibələr, iqtisadi böhranlar, sui-qəsdlər, xaos və s kimi anlayışlar daxildir.

Trampın əsas hədəfi dünyanı maliyyə sisteminin deyil, dövlətlərin idarə etməsi ilə bağlıdır. Ona görə də, Trampın həyata keçirdiyi strategiya qlobalçıların maraqlarına uyğun deyil. Onun əsas rəqibi qlobalçılar – dünyanın maliyyə sistemidir. Ona görə də, sui-qəsd hadisəsi ilə bağlı fikir yürüdərkən bu faktorlar mütləq nəzərə alınmalıdır...

Əli Zülfüqaroğlu