11 Fevral 23:39
11 Fevral 23:35
6 Avqust 2024 07:59
2 646
İsrail ordusu Livanın cənubundakı “Hizbullah” təşkilatının “Radvan” xüsusi təyinatlı qüvvələrinin komandiri Əli Camaləddin Cavadın hava zərbəsi ilə məhv edildiyini açıqlayıb.
APA xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, Hərbi Hava Qüvvələrinin əməliyyatı Ebba bölgəsində həyata keçirilib.
Departament qeyd edib ki, Cavadın məhv edilməsi “Hizbullah”ın Livanın cənubundan İsrailin şimalına qarşı terror fəaliyyəti həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə daraldır.
Bundan əlavə, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qonşu ölkənin cənubunda yerləşən Kfarkela bölgəsində təşkilatın hərbi hissəsinə və terror obyektinə hücum etdiyi bildirilir.
11 Fevral 23:22
1 071
11 Fevral 23:12
1 309
11 Fevral 23:10
1 085