İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
7 Avqust 2024 14:57
2 751
İran raket birləşmələrinin taktiki yerdəyişməsinə və orduda genişmiqyaslı hərbi təlimlərə başlayıb.
APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Rəsmi Tehranın bu addımı HAMAS lideri İsmail Haniyə və “Hizbullah”ın yüksək rütbəli rəsmisi Fuad Şükrün qətlinə görə qisas almaq məqsədilə atdığı bildirilib. Yazıda bildirilir ki, ABŞ Administrasiyası da “Hizbullah”ın da cəlb olunacağı mümkün hücuma qarşı cavab tədbirlərini nəzərdən keçirir.
ABŞ prezidenti Co Baydenə gəlincə, o vəziyyət gərginləşərsə regiona “F-22” qırıcıları və xüsusi aviasiya qruplarını göndərməklə bağlı qərar verib.
Qeyd edək ki, ABŞ kəşfiyyatından sızan xəbərlərə görə, hazırda gizli kanallar vasitəsilə İranın İsrailə hücumu edəcəyi tarix dəqiqləşdirilir.