Rusların Qərbə sevgisi, Ukraynaya nifrəti artır Dünya

Rusların Qərbə sevgisi, Ukraynaya nifrəti artır

Rusların 37%-i ABŞ-a xoş münasibət bəsləyir.
Bu nəticə "Levada Çentr" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Şirkət keçən il bu göstəricinin 28% olduğunu bildirib. Üstəlik, bu il ABŞ-a mənfi münasibət bəsləyən rusların sayı 49%-ə qədər azalıb.
Avropa Birliyinə xoş münasibət bəsləyənlərin sayında da artım müşahidə edilib. Cari ildə bu göstərici 8% artaraq 39%-ə çatıb. Rusların 47%-i hələ də AB-yə nifrət etdiklərini ifadə ediblər.
Ən maraqlı məqam isə rusların Ukraynaya münasibətində qeydə alınıb. 33% rus Ukraynaya xoş münasibət bəsləsə də, 54% hələ də özlərinə qardaş olan xalqa nifrət edir.