Bidzina İvanişvili: “Milli Hərəkat” partiyası Gürcüstanı xaosa sürükləməyə çalışır Dünya
Xaricdən maliyyə dəstəyi alan “Milli Hərəkat” partiyası və tərəfdaşları hələ də iğtişaşlar yolu ilə hakimiyyətə gəlməyə, daha sonra ölkəni müharibə və xaosa sürükləməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişvili söyləyib.
Onun sözlərinə görə, məqsədi əvvəldən və hətta indi də cəmiyyətin parçalanması və qarşıdurmaların alovlandırılması olan “Milli Hərəkat” hakimiyyətə qayıtmağa çalışır. Onlar hətta bunu, ikinci cəbhənin açılması bahasına etməyə hazırdırlar.
“Onlar xarici tərəfdaşlarının köməyi ilə 2008-ci ildə törətdikləri xəyanəti təkrarlamaqla ölkəni müharibəyə sürükləməyə, bir daha bizə canlar qurban verməyə və əlavə itirilmiş ərazilərə başa gələn faciəni yaşatmağa hazırdırlar”, - deyə İvanişvili vurğulayıb.