Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin Azərbaycan dilində nümayişi keçirilib - FOTO
Səfir: Çin və Azərbaycan arasında ticarət dövriyyəsi yeni rekord göstəricilərə çatıb
İranda “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya əleyhinə kampaniya başlayıb
İspaniya və Mərakeş Seutaya ikinci mümkün kütləvi axın fonunda bölgədə əlavə qüvvə yerləşdirdi
14 Noyabr 2024 09:17
2 891
Münaqişənin həlli üçün Rusiya ilə danışıqların aparılması məsələsini Vladimir Zelenski həll etməyəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Yeni dünya” layihəsi üçün jurnalist Marina Kimə müsahibəsində deyib.
Hazırkı Zelenski rejimi ilə sülh sazişinin ola bilməyəcəyinə dair anlayışın olub-olmaması ilə bağlı suala nazir Rusiya prezidenti Vladimir Putinin sözlərini xatırladıb:
"Rusiya prezidenti Putin dəfələrlə bildirib ki, biz heç vaxt danışıqlardan imtina etməmişik. Aydındır ki, buna Zelenski qərar verməyəcək. Bizi danışıqlara çağırıb hər şeyi alt-üst etməyə çalışırlar, deyirlər ki, danışıqları Ukrayna istəyir, Rusiya isə bundan imtina edir.
Putin dəfələrlə bildirib ki, Zelenski heç olmasa iki il əvvəl V.V.Putin hökuməti ilə danışıqları qadağan edən fərmanı ləğv etsin".
Cavid