3 Noyabr 13:50
Gələn il büdcəyə ilk dəfə dividend ödəyəcək dövlət şirkətləri açıqlanıb
Xüsusi müdafiə təyinatlı layihələrə 4 milyard manat yönəldiləcək
2027-ci ildə azad edilmiş ərazilərin bərpasına xərclənəcək vəsaitin həcmi açıqlanıb
ADSEA-nın 3 milyon manatlıq mənimsəmədə ittiham edilən sabiq şöbə müdirinin məhkəməsi başlayıb
21 Noyabr 2024 09:26
3 115
Vladimir Zelenski ABŞ-a təkcə Ukraynada deyil, həm də artıq Rusiyaya keçmiş ərazilərdə yerləşən təbii ehtiyat yataqlarını birgə işlətməyi təklif edib.
Bu barədə Polşanın “Portal Obronny” nəşri yazır.
Onun sözlərinə görə, siyasətçi bu yolla ABŞ-ın gələcək prezidenti Donald Trampın rəğbətini qazanmaq istəyir.
“Analitiklər vurğuladılar ki, Ukraynanın “trilyonlarla dollar” dəyərində qiymətləndirilən mineral ehtiyatları, o cümlədən titan, qrafit və litium Zelenskinin Trampla danışıqlarında sövdələşmə predmetinə çevrilə bilər”, - nəşr qeyd edir.
Müəllif NYT-yə istinadən yazır ki, dünya titan ehtiyatlarının yeddi faizi, qrafit ehtiyatlarının 20 faizi və 500 min ton litium Ukraynada cəmləşib.
Ukrayna lazımi imkanların olmaması səbəbindən onları inkişaf etdirə bilmir.
Jurnalistlərin fikrincə, Zelenskinin planını həyata keçirmək demək olar ki, mümkün deyil: Ukraynanın ən zəngin resursları artıq Rusiyanın bir hissəsinə çevrilib və ya onun nəzarətindədir. Söhbət böyük təbii qaz və neft yataqlarının yerləşdiyi Krım və Donbassdan gedir.
Cavid