3 Noyabr 13:50
08:43
546
Qırğızıstanda, Tacikistanla sərhəd bölgəsində üç zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Təxminən 1 saat 15 dəqiqə ərzində baş verən yeraltı təkanların intensivliyi MSK şkalası üzrə 3,5–5,5 bal arasında olub.
Seysmologiya İnstitutu qeyd edir ki, zəlzələ ən güclü şəkildə Qırğızıstanın Bor-Döbe, Sarı-Taş, Taldı-Su, Nura, Kara-Kindik, Sarı-Mogol və İrkeştam yaşayış məntəqələrində (3 baldan 5 baladək) hiss olunub.
Respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yeraltı təkanlar nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat daxil olmayıb, məlumatlar dəqiqləşdirilir.
Məryəm Quliyeva