14:23
686
İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması regionda təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biridir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdollahi bildirib.
"İranın Hörmüz boğazı üzərində suverenliyinin rəsmi şəkildə tanınması", - deyə İrandakı "Tasnim" agentliyinin dərc etdiyi Abdollahinin müraciətində qeyd olunur. Regionda davamlı təhlükəsizliyə nail olmaq üçün digər şərtlər sırasında o, İslam Respublikasına qarşı sanksiyaların tam ləğvini, dondurulmuş aktivlərin azad edilməsini və İrana qarşı hərbi əməliyyatlara görə dəymiş ziyanın ödənilməsini göstərib.
Üstəlik, İran hərbi xadimi İslam Respublikasına qarşı təcavüzün təkrar olunmayacağına dair zəmanətlərin verilməsini, eləcə də "Qərbi Asiyada təhlükəsizlik sisteminin məhz region dövlətlərinin qüvvələri tərəfindən yaradılmasını" tələb edib.
Məryəm Quliyeva