14:38
616
Vaşinqton və Tehran danışıqlar prosesinə sadiq qalırlar və hazırda münaqişənin nizamlanması üzrə təklifləri nəzərdən keçirirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər XİN-in rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
"Hər iki tərəf hazırda tərəfimizdən təqdim olunan ideya və təklifləri nəzərdən keçirir", - deyə o, brifinqdə bildirib.
"Hər iki dövlət tərəfindən danışıqlar prosesinə sadiqlik saxlanılır, biz real vaxt rejimində təkliflər mübadiləsi aparırıq", - deyə diplomat əlavə edib.
Məryəm Quliyeva