Lavrov: ABŞ NATO-dan çıxmayacaq, lakin hərbi iştirakını şərqə doğru keçirəcək Dünya

Lavrov: ABŞ NATO-dan çıxmayacaq, lakin hərbi iştirakını şərqə doğru keçirəcək

Amerikalılar NATO-dan çıxmayacaqlar, lakin hərbi iştirakını şərqə doğru keçirirlər və avropalılar öz üzərilərinə daha çox məsuliyyət götürməli olacaqlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov jurnalistlərə bildirib.

"Amerikalıların Avropa təhlükəsizlik maraqlarının təmin edilməsinə cəlb olunmasına qarşı soyuması prosesi gedir. Amerikalılar NATO-dan, əlbəttə ki, heç yerə getməyəcəklər, bu istisnadır, lakin onlar fiziki hərbi iştirakını tədricən şərqə doğru keçirirlər. Və müəyyən bir mərhələdə avropalılar artıq deməyə başlayıblar ki, biz özümüz üzərimizə daha çox məsuliyyət götürməliyik", - deyə nazir bildirib.

Məryəm Quliyeva