Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib Siyasət

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin və Səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” hotelində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli rəsmi qəbul keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Cavid