ABŞ-da seçkilər fonunda fond bazarlarında eniş müşahidə edilib İqtisadiyyat

ABŞ-da seçkilər fonunda fond bazarlarında eniş müşahidə edilib

ABŞ-da seçkilər fonunda dünya fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, noyabrın 3-də ABŞ-da “Dow Jones” indeksi 197,26 bənd və ya 0,38% azalaraq 51 786,72 bəndə düşüb. “S&P 500” indeksi 27,52 bənd və ya 0,36% artaraq 7 568,92 bəndə, “Nasdaq Composite” indeksi isə 207,65 bənd və ya 0,83% yüksələrək 25 372,01 bəndə çatıb.

“NYSE Composite” indeksi 0,27% azalaraq 24 307,04 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,75% geriləyərək 35 532,28 bənd təşkil edib.

Avropa fond bazarlarında bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 0,51% azalaraq 6 144,56 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 1,14% geriləyərək 10 638,43 bəndə düşüb.

Almaniyanın “DAX” indeksi 0,45% azalaraq 25 864,62 bənd, Fransanın “CAC 40” indeksi 0,34% geriləyərək 8 020,31 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 0,79% ucuzlaşaraq 18 807,20 bənd olub.

Asiya-Sakit okean regionunda da əsasən eniş müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 3,97% azalaraq 60 579,00 bəndə, “TOPIX” indeksi isə 2,70% geriləyərək 3 824,18 bəndə düşüb.

Honq-Konqun “Hang Seng” indeksi 0,12% azalaraq 23 498,11 bəndə enib. Çinin “CSI 300” indeksi isə 0,04% artaraq 4 010,35 bəndə yüksəlib.

Avstraliyanın “S&P/ASX 200” indeksi 0,77% azalaraq 8 818,80 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,23% geriləyərək 255,86 bəndə düşüb.

Analitiklərin qiymətləndirmələrinə görə, fond bazarlarındakı mənfi dinamika ABŞ-da aralıq seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik, texnologiya sektorunda satış təzyiqi və süni intellekt sahəsinə yatırılan böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlarla əlaqədardır.

Bu amillər investorların riskli aktivlərə münasibətində ehtiyatlılığın artmasına və xüsusilə Asiya-Sakit okean regionunun fond indekslərinə təzyiqin güclənməsinə səbəb olub.