Ötən ay “Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə edənlərin sayı 64% artıb Hadisə

Ötən ay “Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə edənlərin sayı 64% artıb

Oktyabr ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

"APA-Economics" bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Ötən ay girişin ödənişsiz olduğu “Xocəsən” və “Avtovağzal” stansiyalarından ay ərzində ümumilikdə 556 424 sərnişin istifadə edib. Bu, sentyabr ayı ilə müqayisədə 64% çoxdur.

Məlumata görə, oktyabr ayında ən çox sərnişin qəbul edən stansiya “Koroğlu” olub. Bu stansiyadan ay ərzində 1 683 032 sərnişin istifadə edib.

Ayın ən çox sərnişindaşınan günü isə oktyabrın 20-si olub. Həmin gün metrodan 641 442 sərnişin istifadə edib.

Ötən ay NFC və QR bilet vasitəsilə ümumilikdə 8 879 685 ödəniş həyata keçirilib. Rəqəmsal ödənişlərin sayı sentyabr ayı ilə müqayisədə 15,9% artıb. Bundan başqa, oktyabr ayında gediş haqqının NFC vasitəsilə ödənilməsi bütün ödənişli sərnişinlərin 43,3%-ni təşkil edib.

Qeyd edək ki, ay ərzində “Əlçatan metro” xidmətindən 113 sərnişin yararlanıb.