13:50
679
Kiyevdə metro qatarlarının hərəkəti tamamilə dayandırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat yayıb.
Məlumata görə, texniki səbəblərdən metronun hər üç xətti üzrə qatarların hərəkəti saxlanılıb.
Əvvəllər Ukraynanın "DTEK" enerji holdinqi Kiyevdə, eləcə də Kiyev və Dnepropetrovsk vilayətlərində təcili elektrik kəsintilərinin olduğunu bildirmişdi.
Məryəm Quliyeva