Tramp ABŞ-nin İranın HHM sisteminə zərbə endirdiyini bəyan edib Dünya

Tramp ABŞ-nin İranın HHM sisteminə zərbə endirdiyini bəyan edib

Birləşmiş Ştatlar ötən gecə İranın iki ay ərzində qurduğu hava hücumundan müdafiə (HHM) sisteminə zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Onların HHM sistemi yoxdur. Biz ötən gecə HHM vasitələrini məhv etdik. Sadəcə kiçik bir zərbə. Bu müharibə deyildi. Onlar HHM kompleksi tikmişdilər. Buna onların təxminən iki ayı getdi. Biz onun necə tikildiyini müşahidə edirdik. Hazır olan kimi, ötən gecə ona çox uğurla zərbə endirdik. Bu müharibə deyil. Və bilirsiniz, müharibə haqqında danışanda, bu əslində müharibə deyil. Biz ən başlanğıcda onlara şiddətli zərbələr endirməmişdik", - deyə dövlət başçısı bildirib.

Məryəm Quliyeva