3 Noyabr 13:50
08:45
581
ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyası Senatda ən azı 51 yer qazanaraq konqresin yuxarı palatasına nəzarəti ələ keçiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" və "Associated Press" agentlikləri, eləcə də "CNN" telekanalı qiymətləndirmələr təqdim edib.
Həmin və digər KİV-lərin qeyd etdiyi kimi, Demokratlar Partiyasından yuxarı palataya namizədlər, xüsusən də Virciniya, Rod-Aylend, Nyu-Meksiko, Nyu-Cersi, Nyu-Hempşir, Massaçusets, İllinoys, Kanzas, Corciya, Delaver, Texas, Kolorado, Oreqon, Cənubi Karolina ştatlarında və bir sıra digər regionlarda artıq qələbəni təmin ediblər. Respublikaçılar Partiyasının namizədləri isə Florida, Vayominq, Qərbi Virciniya, Arkanzas və bəzi başqa ştatlarda Senata seçkilərdə qələbəyə zəmanət veriblər.
ABŞ-də seçkilərin yekunlarını elan edən vahid federal orqan yoxdur. Bu rolu ölkənin aparıcı kütləvi informasiya vasitələri öz üzərinə götürür. Onların proqnozlarından sonra namizədlər adətən qələbəni qeyd edir və ya məğlubiyyəti etiraf edirlər.
Hazırkı çağırışda Senatdakı 100 yerdən 53-nə respublikaçılar, 47-sinə isə demokratlar və onları dəstəkləyən müstəqil namizədlər nəzarət edir.
Aparıcı KİV-lərin proqnozlarına görə, demokratlar Nümayəndələr Palatasına da nəzarəti ələ keçirəcəklər.
ABŞ-də aralıq seçkilər keçirilir. Amerikalılar Konqresin 100 senatordan 35-ini və Nümayəndələr Palatasının bütün 435 üzvünü seçirlər. 36 ştatda qubernator seçkiləri də baş tutur.
Məryəm Quliyeva