3 Noyabr 13:50
08:28
490
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehran tərəfindən müəyyən edilmiş qaydaları pozaraq cənub marşrutu ilə Hörmüz boğazından keçərkən dörd neft tankerinin minaya düşdüyünü bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "IRNA" agentliyi məlumat yayıb.
Gəmilərdə yanğın baş verib.
Bununla yanaşı, daha iki tanker boğazdan icazəsiz keçid zamanı İran hərbçiləri tərəfindən saxlanılıb.
Bundan əlavə, SEPAH qüvvələrinin boğaz üzərində ABŞ-yə məxsus "MQ-9" kəşfiyyat-zərbə dronunu vurduğu iddia edilir.
Məryəm Quliyeva