Tramp ABŞ-nin İsrailə maliyyə yardımını dayandıracağını bildirib Dünya

Tramp ABŞ-nin İsrailə maliyyə yardımını dayandıracağını bildirib

Birləşmiş Ştatlar 2026-cı ilin sonunadək İsrailə ildə 4 milyard dollar həcmində ayırdığı maliyyələşdirməni dayandıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"İsrailə ödənişlərə gəlincə, biz Baş nazir Bibi (Binyamin) Netanyahu ilə bir saziş bağlamışıq, hansına əsasən ki, İsrailə ildə 4 milyard dollar ödəyirik. Biz hələ bir neçə ay əvvəl ödənişləri dayandıracağımız barədə razılığa gəlmişdik və onlar da bununla razılaşırlar, çünki onlar artıq çox uğurlu bir ölkəyə çevriliblər. İlin sonunadək biz İsrailə ödəniş etməyi dayandıracağıq", - deyə o, "Fox News" telekanalının efirində bildirib.

ABŞ Prezidenti söhbətin konkret hansı sahədəki yardımdan getdiyinə aydınlıq gətirməyib.

Məryəm Quliyeva