Demokratlar Texasda tarixi qələbə qazanıblar Dünya

Demokratlar Texasda tarixi qələbə qazanıblar

ABŞ KİV-lərinin proqnozlarına əsasən, Demokratlar Partiyası onilliklər ərzində ilk dəfə Texas qubernatoru və bu ştatdan senator postlarını qazanmağa nail olub.

Xalqcebhesi.az xəbər verir ki, məlumatlara görə, respublikaçı Qreq Ebbotta qalib gələn demokrat Cina Inoxosa Texasın yeni qubernatoru olacaq. Ebbott 2015-ci ildən bəri bu ştatın qubernatoru vəzifəsini tutur. O, artıq məğlubiyyətini etiraf edib və Inoxosanı təbrik edib.

Bununla yanaşı, yarışda respublikaçı Ken Pakstonu qabaqlayan demokrat Ceyms Talariko ABŞ Konqresinin Senatına Texasdan yeni üzv seçiləcək. Bu xüsusilə diqqətəlayiqdir, çünki ABŞ Prezidenti respublikaçı Donald Tramp və hakim partiyanın digər nümayəndələri Texasda seçicilər arasında fəal şəkildə Pakstonun lehinə və Talarikonun əleyhinə təbliğat aparırdılar. Demokratlar 1988-ci ildən bəri Texasdan Konqres Senatına seçilmirdilər.

Məryəm Quliyeva