Qadınlararası Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli oldu İdman

Qadınlararası Millətlər Liqası: Azərbaycan millisinin rəqibləri bəlli oldu

UEFA Qadınlararası Millətlər Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

AFFA xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmanın nəticələrinə əsasən, Azərbaycanın qadınlardan ibarət milli komandasının rəqibləri bəlli olub.

C Liqasının 2-ci qrupunda (Liqa C2) mübarizə aparacaq millimiz Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Qadınlararası Millətlər Liqasının liqa mərhələsinin oyunları 2027-ci ilin fevral - iyun aylarında keçiriləcək.