Demokratlar ABŞ Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər Dünya

Demokratlar ABŞ Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər

ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələrinə görə Demokratlar Partiyası səslərin əksəriyyətini qazanaraq Nümayəndələr Palatasına nəzarəti ələ keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin qiymətləndirmələrinə görə, əksəriyyəti formalaşdırmaq üçün 218 yer lazım olduğu halda, demokratlar aşağı palatada ən azı 223 yer əldə edəcəklər. Respublikaçıların isə cəmi 126 mandatı var.

Eyni proqnoza görə, Demokratlar Senatda 54 yerə malikdirlər ki, bu da onların çoxluq qazandıqları deməkdir. Respublikaçılar 41 yerə sahibdirlər.

Məryəm Quliyeva