Tramp Konqres seçkilərindən sonra demokratlarla işləməyə hazırdır Dünya

Tramp Konqres seçkilərindən sonra demokratlarla işləməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərinin nəticələrinə əsasən Konqresə nəzarətin Demokratlar Partiyasına keçəcəyi təqdirdə onlarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, "Politico" nəşrinə müsahibəsində dövlət başçısı ölkədə işlərin qaydasında getməsi üçün demokratlarla birgə çalışacaqlarını və bunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tramp artıq demokratlar tərəfindən zənglərin olduğunu və onların da əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, prezident kimi bütün təşəbbüslərə qarşı veto hüququna malik olduğunu xatırladıb.

Məryəm Quliyeva