
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“Müharibə riskinin daha da geniş areala yayılması təhlükəsinin olduğu dövrdə Duda yaxşı olar ki, əvvəlcə öz ölkəsinin təhlükəsizliyi ilə məşğul olsun. Çünki əgər Ukrayna-Rusiya müharibəsi daha da genişlənərsə, bunun ən çox təsirlərini elə Polşa görəcək”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Kazım Kazımov Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gəlib Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsi haqqında danışarkən deyib.
Politoloq əlavə edib ki, o, provakativ bir şəkildə hərəkətlər edərək əlində binoklla Azərbaycan tərəfə baxıb: “Birincisi, Duda beynəlxalq münasibətlərin və problemlərin həll edilməsi məsələsində ekspert deyil. İkincisi, bu missiyanın özü də agentlər, həmçinin anti-azərbaycan missiyasıdır və onun orada da heç bir rəsmi səlahiyyəti olmadığı təqdirdə Duda şou xarakterli kimlərəsə xoş gəlmək üçün belə addımlar atdı. Onun bu hərəkəti kifayət qədər yersiz idi və Azərbaycan Xarici İşlər Nazirliyinin də açıqlamasında Dudanın hərəkətlərinə mənfi münasibət bildirildi”.
Röya İsrafilova