SEPAH Hörmüz boğazının cənubunda tankerin minaya düşdüyünü açıqlayıb Dünya

SEPAH Hörmüz boğazının cənubunda tankerin minaya düşdüyünü açıqlayıb

Hörmüz boğazının cənub hissəsində neft tankeri dəniz minasına çırpılaraq zədələnib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Qaydaları pozan tanker Hörmüz boğazının cənubunda dəniz minası ilə toqquşması nəticəsində maşın bölməsində partlayış və yanğın baş verməsilə zədələnib", - deyə dövlət teleradiosunun yayımladığı bəyanatda bildirilir. SEPAH HDQ-nin iddiasına görə, gəmi bütün naviqasiya və məkan təyini sistemlərini söndürərək, eləcə də boğazdan keçid qaydalarına məhəl qoymayaraq ərazini tərk etməyə cəhd edib.

Hərbçilər xəbərdarlıq ediblər ki, Hörmüz boğazı zonasından keçərkən naviqasiya və identifikasiya sistemlərini söndürən gəmilərə qarşı sərt və qətiyyətli tədbirlər görüləcək. Tankerin adı və hansı ölkəyə məxsus olduğu açıqlanmır.

Məryəm Quliyeva