

9 Sentyabr 17:13
9 Sentyabr 16:30
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İran prezidenti Məsud Pəzeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir.
APA-nın Moskva müxbiri xəbər evrir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, İran prezidentinin Rusiyaya səfəri prezident Vladimir Putinin ilin sonuna qədərki qrafikində yer almayıb.
“Lakin Pəzeşkianın Rusiyaya səfərinə hazırlıq davam edir, çünki Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasını gecikdirmək niyyətində deyil. Tərəflər həqiqətən sazişin imzalanmasını gecikdirmək niyyətində deyillər. Bununla belə, hazırda ilin sonuna qədər belə bir səfərin baş tutacağına dair dəqiq bir anlayış yoxdur. Qrafikdə bu səfər yoxdur. Lakin zərurət yaranarsa, bu cür təmaslar çox tez razılaşdırıla bilər. Ancaq belə bir səfər hazırlanır, buna hazırlıq gedir", - deyə Kreml nümayəndəsi qeyd edib.