Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
Bild: Almaniyada əmək nazirinin istefası hakim koalisiyada fikir ayrılıqlarını dərinləşdirib
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb
5 Dekabr 2024 14:17
2 737
Meksika ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın "immiqrant və narkotik axınının qarşısı alınmazsa, 25 faiz gömrük rüsumu tətbiq ediləcək" sözündən sonra hərəkətə keçib.
Xalqcəbhəsi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən xəbər verir ki, Meksika təhlükəsizlik qüvvələri Sinaloa ştatında iki evdə narkotik əməliyyatı keçirib. Meksika Quru Qoşunları və Dəniz Qüvvələrinin qatıldığı əməliyyat zamanı bir evdə təxminən 300 kiloqram fentanil, digər evdə isə təxminən 800 kiloqram narkotik həb ələ keçirilib.
Meksikanın təhlükəsizlik naziri Ömər Qarca Arfuça basqınların çərşənbə axşamı iki silahlı şəxsin aşkarlanmasından sonra başladıldığını bildirib. Həmçinin qeyd edilib ki, təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən şübhəlilər iki evə girib.
Ö.Q.Arfuça sosial media hesabından verdiyi açıqlamada “Sinaloada tarixin ən böyük fentanil əməliyyatını həyata keçirdik. Çoxlu silah-sursat ələ keçirilib, 2 nəfər isə həbs edilib” deyə bildirib.
Qeyd edək ki, Meksika səlahiyyətliləri çərşənbə axşamı ölkə daxilində 5 min 200 immiqrantın tutulduğunu bildirsələr də, insanların ABŞ sərhədinə çatmasının qarşısını almağa yönəlmiş əməliyyatların daha da artırılacağına işarə ediblər.
13 Oktyabr 22:02
735
13 Oktyabr 19:49
777
13 Oktyabr 17:18
882