“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
22 Yanvar 2025 15:09
2 562
Mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması zamanı təxribat və ya terror aktlarını göstərən heç bir sübut əldə olunmayıb.
Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir bugünkü mətbuat konfransında bildirib.
"Hələlik mərhum Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması zamanı təxribat və ya terror aktlarını göstərən heç bir sübut əldə olunmayıb", - sözçü qeyd edib.
Onun sözlərinə görə, araşdırmalar davam edir.
Xatırladaq ki, ötən ilin mayın 19-da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin Şərqi Azərbaycan vilayətinin Vərzqan rayonunda qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
30 Dekabr 2025 18:03
1 876
30 Dekabr 2025 17:54
1 813
30 Dekabr 2025 16:38
1 897