8 Aprel 23:38
8 Aprel 23:32
"Ən real ssenari qarşılıqlı güzəştləri ehtiva edən məhdud və praqmatik razılaşmadır"
ABŞ xüsusi ordu komandanlığının sabiq əməkdaşı məxfi məlumatları ötürdüyünə görə tutulub
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün bu axşam Pakistana gedir
Ekspert: Dünya neft bazarında 90-95 dollar həddi yeni komfort səviyyəyə çevrilib
23 Yanvar 2025 20:27
1 988
İraq lazım gələrsə, ABŞ və İran arasında təmaslarda vasitəçi kimi çıxış etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, , bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
“Bizim həm Vaşinqton, həm də Tehranla yaxşı əlaqələrimiz var. Bizdən xahiş edilsə, vasitəçi kimi çıxış etməyə hazırıq. Bu, Bağdadın, bütün regionun və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğun olacaq”, - o deyib.
Hüseynin sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası artıq bu barədə İraq hakimiyyətinə müraciət edib və Bağdad İraqla Amerika arasında son görüşü təşkil edib.
Qeyd edək ki, ötən həftə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İranın nüvə proqramı üzrə 2015-ci ilin Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl etməyə qayıtmayacağına qədər Tehranın Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadığını bildirib.