

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
17:58
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları zərurət yaranarsa, təhsil və tibb müəssisələrində sənədsiz miqrantları saxlaya biləcəklər.
Xalqcebhesi.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üzrə təyin etdiyi məsul şəxs Tomas Homan deyib.
Jurnalistin "MS-13 (Mara Salvatrucha) dəstəsinin neçə üzvü 14-17 yaşındadır" sualına Homan belə cavab verib: "Çoxu yeniyetmədir".
T.Homan bildirib ki, ICE zabitlərinin səlahiyyətləri olmalıdır ki, milli təhlükəsizliyə və ya ictimai təhlükəsizliyə təhdid olduğunu dərk edərlərsə, o zaman həbs edə bilsinlər.
Qeyd edək ki, MS-13 kimi tanınan “Mara Salvatrucha” 1980-ci illərdə Los-Ancelesdə, Kaliforniyada yaranmış beynəlxalq cinayətkar dəstədir. Əvvəlcə dəstə Salvadorlu immiqrantları Los-Anceles bölgəsindəki digər dəstələrdən qorumaq üçün yaradılmışdı. Zaman keçdikcə dəstə daha ənənəvi cinayətkar təşkilata çevrildi.