ADSEA: Pirşağıda kanalizasiya kollektorlarının tikilən ərazidə təhlükəsizlik tədbirləri görülüb
Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
Azərbaycan və Çex hökumətləri arasında Qarışıq Komissiyanın həmsədri dəyişib
Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib
Zelenski: Ukrayna ordusu cəbhədən 1500 km məsafədəki Rusiya hədəflərini vurdu
6 Fevral 2025 09:02
2 702
Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Həştərxan vilayətinin Axtubinski rayonuna hücumunu dəf edib. Axtubinski rayon administrasiyasının Telegram kanalının məlumatına görə, dağıntı və tələfat yoxdur
Verilən məlumata görə, fevralın 6-na keçən gecə Axtubinski rayonunda PUA-nın hücumu təhlükəsi elan edilib. Bazar ertəsi səhər saatlarında Həştərxan vilayəti Ukraynanın pilotsuz təyyarələri tərəfindən regionda yerləşən obyektlərə, o cümlədən yanacaq-energetika kompleksinə hücum edilib.
Bölgənin rəhbəri İqor Babuşkin bildirib ki, PUA-lardan biri düşən zaman Həştərxan qaz emalı zavodunda yanğın baş verib. Xəsarət alan olmayıb, yaxınlıqdakı kəndlərin əhalisinin həyatı və sağlamlığı üçün təhlükə olmayıb.
Cavid