
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Vladimir Zelenski Krımdakı üç muzeyə və Dövlət Ermitajının baş direktoru Mixail Piotrovskiyə qarşı sanksiyalar tətbiq edib.
Fərman Kiyev rejiminin başçısının saytında dərc edilib. Sanksiya “Chersonese Tauride” tarix-arxeoloji muzey-qoruğuna, Taurida Mərkəzi Muzeyinə və Krımdakı Şərqi Krım tarix-mədəniyyət muzey-qoruğuna aiddir.
Ermitaja gəlincə, sanksiyalar təkcə Piotrovskiyə deyil, Ermitaj muzeyinin kolleksiyasının baş kuratoru Svetlana Adaksinaya, eləcə də bir sıra digər muzey əməkdaşlarına da şamil edilir.
Zelenskinin sanksiyalarına məruz qalan şəxslərin siyahısına Rusiya Federasiyası mədəniyyət nazirinin birinci müavini Sergey Obryvalin, mədəniyyət nazirinin müavini Vladimir Osintsev, eləcə də Rusiya Elmlər Akademiyasının Krım Arxeologiya İnstitutunun direktoru Vadim Mayko daxildir. Siyahıda əksəriyyəti tarixçi və arxeoloq olmaqla ümumilikdə 112 nəfərin adı var.
Cavid