“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
7 Fevral 2025 09:15
2 401
FTX əməkdaşları Sevastopol, Voronej və Rostov şəhərlərində yüksək rütbəli Rusiya hərbçilərinə qarşı terror aktları və yanacaq-energetika obyektlərində təxribat törətmək üçün cəlb edilmiş Ukrayna xüsusi xidmət orqanlarının dörd qadın agentini saxlayıblar.
Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (XM) məlumat yayıb.
"Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika kompleksinin obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş dörd qadın agentin fəaliyyətinin qarşısı alınıb”, - deyə məlumat yayılıb.
FTX-nin məlumatına görə, Ukrayna ərazisində saxlanılan şəxslər atıcı silahlardan, mina partlayıcılarından istifadə, PUA-lara nəzarət, eləcə də kənar müşahidənin aşkarlanması üsulları üzrə təlim keçiblər.
Cavid