“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
7 Fevral 14:22
2 065
Rusiya Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml bunu anlaşılmazlıq hesab edir.
Peskov Rusiyanın Bakıda “Rus Evi”nin bağlanmasından təəssüfləndiyini qeyd edib.
“Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli təmaslarla nail olmaq olar... Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”, - Kremlin sözçüsü vurğulayıb.
20 Dekabr 11:27
1 379
19 Dekabr 21:34
1 603
19 Dekabr 21:32
1 673