“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
11 Fevral 2025 21:30
2 597
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosunun çağırışlarına baxmayaraq, Gürcüstanda yerli seçkilər 2025-ci ilin payızında keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bu da bizə ukraynalaşmanı xatırladır. Bilirsiniz ki, Ukraynada konkret ictimai orqanların səlahiyyət müddəti başa çatsa da, seçkilər keçirilmir. Gürcüstanda hər kəs Konstitusiyaya və qanunvericiliyə hörmət etməlidir. Yerli hökumət orqanları, merlər, sakrebulo (şəhər şuraları) dörd illik müddətə seçilir və təbii olaraq, dörd ilin sonunda bu mandat yenilənməlidir”, - o Avropa qurumunun müraciətini şərh edərkən jurnalistlərə bildirib.
Xatırladaq ki, daha əvvəl Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Bürosu Gürcüstan hökumətini insan haqları və demokratiya sahəsində Avropa standartlarına əməl etməyə çağıran bəyanat yayıb. Büro hakimiyyəti bu ilin payızına təyin edilmiş yerli özünüidarəetmə orqanlarına seçkiləri təxirə salmağa çağırıb və bunu seçkilərin mövcud siyasi şəraitdə ölkədə vəziyyəti daha da gərginləşdirə biləcəyi ilə əsaslandırıb.
19 Mart 21:48
1 218
19 Mart 19:35
1 225
19 Mart 17:27
1 239