Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
15 Fevral 23:54
2 443
Kreml ABŞ-ın vitse-prezidenti Vensin “Voll Strit Jurnal” qəzetinin Amerika qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı suala verdiyi cavabı təhrif etdiyinə dair bəyanatını nəzərə alır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Cey Di Vens ABŞ qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını rədd edib.
“Həmişə dediyimiz kimi, Amerika qüvvələri heç vaxt ABŞ maraqlarını və təhlükəsizliyini təmin etməyən yerə müdaxilə etməməlidir. Bu müharibə Rusiya ilə Ukrayna arasındadır”, - deyə o bildirib.
Vens VSJ-nin onun adından yaydığı “Rusiya Ukrayna ilə bu ölkəyə uzunmüddətli zəmanət verən sülh sazişi bağlamaqdan imtina edərsə, ABŞ Moskvaya qarşı yeni sanksiyalar tətbiq edə və hətta Ukraynaya hərbi personalını göndərə bilər” sözlərini qəti şəkildə təkzib edib:
“VSJ-nin mənim sözlərimi bu cür təhrif etməsi absurddur, lakin təəccüblü deyil ki, onlar illərdir lazımsız yerə daha çox amerikalı oğul və qızın xaricə göndərilməsi üçün səy göstəriblər".
26 Oktyabr 15:31
1 274
26 Oktyabr 15:30
1 288
25 Oktyabr 17:37
1 785