6 Noyabr 17:56
6 Noyabr 16:50
24 Fevral 12:11
2 163
Ukraynaya sülhməramlılar göndərmək üçün ilk növbədə sülh lazımdır.
Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.
Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ Ukraynaya sülhməramlılar göndərilməsini hələ müzakirə etmir: "Avropa İttifaqı hələ ki Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə etmir, yalnız hərbi yardım və təhlükəsizlik zəmanətini müzakirə edir. Sülhməramlıları göndərmək üçün ilk növbədə sülh lazımdır".
Kallas həmçinin qeyd edib ki, Aİ ölkələri hərbi yardımı nəzərdən keçirir və bu müzakirə martın 6-da Aİ-nin fövqəladə sammitində davam etdiriləcək.
O Avropa İttifaqının Ukrayna Prezidenti Volodimir Zelenskinin seçki keçirməkdən imtinasını dəstəklədəyini də bildirib: "Hərbi əməliyyatlar zamanı seçkilər keçirməyə ehtiyac yoxdur".
6 Noyabr 22:02
861
6 Noyabr 20:57
917
6 Noyabr 19:50
987