Kuveyt İranı hədələyib
16:51
EBRD: Azərbaycanda 1,2 qiqavat bərpa olunan enerji gücünü maliyyələşdirmişik
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
Həsrət Cəfərov 2026-cı ilin iyun ayı üçün reytinq cədvəlinə liderlik edir
Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb
Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
17 Mart 2025 13:33
3 990
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzada başlatdığı soyqırımdan qalan döyüş sursatları və partlamamış hərbi maddələr can almağa və fələstinliləri şikəst etməyə davam edir.
Yanvarın 19-da Qəzzada qüvvəyə minən atəşkəslə İsrailin hərbi hücumları praktiki olaraq dayandırılsa da, aylardır mülki əhalinin üzərinə atılan minlərlə tonluq bomba və partlayıcılar dinc insanların həyatını təhdid edən saatlı bombalara çevrilib.
Məlumata görə döyüş sursatları və bombaların partlaması nəticəsində bir çox bölgədə ölən və yaralananlar olub.
Müharibə qalıqlarının qurbanlarından biri də polis təşkilatına bağlı Partlayıcı Maddələr İdarəsinin əməkdaşı Bilal əl-Məbhuh olub. O, Qəzzanın şimalında, Cibaliyyədə vəzifə yerinə yetirərkən bir cismin partlaması və qəlpələrin üzünə, gözlərinə və bədəninə dəyməsi nəticəsində görmə qabiliyyətini itirib.